01
image
ZİRƏK
02
image
MÜŞTƏRİ YÖNÜMLÜ
03
image
ETİBARLI
04
image
ŞƏFFAF
image

Spark Consulting haqqında

"SPARK CONSULTING" MMC 9 ildən çoxdur ki, hüquqi təhlildən məhkəmə və arbitraj proseslərində iştirak etmək üçün geniş hüquqi məsləhət xidmətləri göstərir.
Ərazi əhatə dairəsi: Azərbaycanda və xarici şirkətlər.
Təqdim olunan xidmətlərin təsnifatı:
   korporativ, kommersiya, əmək hüququ
   strukturlaşdırma
   malların və xidmətlərin beynəlxalq alqı-satqısı
   vergi optimallaşdırması
   tikinti
   daşınmaz əmlak
   mübahisələrin həlli və s.

The safety of the people shall be the highest law.

Marcus Tullius Cicero
image

9 İl

Çoxlu Həqiqi Təcrübəmiz Var

Bizim Xidmətlər

SPARK CONSULTING MMC müxtəlif sahələrdə, məsələn, malların və xidmətlərin beynəlxalq alqı-satqısı, daşıma, ekspeditorluq və s. kimi hüquqi sənədlərin və müqavilələrin hazırlanması üzrə xidmətlər göstərir.
Azərbaycan Respublikasının və İngiltərənin qanunlarına uyğun olaraq müqavilələrin hazırlanmasını təmin edir.


SPARK CONSULTING MMC şirkətlərə və onların tərəf müqabillərinə beynəlxalq alqı-satqı və malların və xidmətlərin alınması, daşınması və ekspeditorluğu və s. müqavilələrin Azərbaycan Respublikasının və İngiltərənin qanunlarına uyğun olaraq yenidən baxılması üzrə, o cümlədən Danışıqlarda əyani və ya qiyabi (audio/video vasitələrlə) iştirak üzrə xidmətlər göstərir.

SPARK CONSULTING MMC tikinti layihələrinə hüquqi dəstək göstərir. Mühəndislik xidmətləri, satınalma və tikinti üzrə müqavilələrin hazırlanması və baxılması, layihəyə nəzarət müqavilələrinin hazırlanması, Hüquqi arayışların tərtibi, o cümlədən qanunvericiliklə tələb olunan icazələrin (icazə, lisenziya və s.) alınması məqsədilə zəruri sənədlərin hazırlanması üzrə xidmətləri icra edir.

SPARK CONSULTING MMC strukturlaşdırılma və optimallaşdırılma üzrə xidmətlər göstərir. Azərbaycan Respublikası ərazisində şirkətlərin, xarici şirkətlərin nümayəndəlik və filiallarının yaradılması, Azərbaycan və digər şirkətlərin xaricdə şirkət, nümayəndəlik və filiallarının yaradılması, Vergi və struktur-təşkilati optimallaşdırma üzrə konsaltinq xidmətləri təklif edir.







SPARK CONSULTING MMC Azərbaycan Respublikasının qanunvericiliyi: Mülki Məcəllə, Gömrük Məcəlləsi, Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, qanunlar və digər normativ hüquqi aktlar çərçivəsində ətraflı hüquqi təhlillər aparır, Azərbaycan Respublikasının qanunvericiliyinə dair hüquqi hesabatların hazırlanması, Hüquqi sənədlərin və müqavilələrin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun yoxlanılması üzrə müştərilərə dəstək olur.





“SPARK CONSULTING” MMC aşağıdakı xidmətləri göstərir:
korporativ uyğunluq siyasətlərinin, təlimatlarının, məcəllərinin hazırlanması, dəyişdirilməsi və tədbiqi.
Təlimatların və daxili uyğunluq siyasətlərinin pozulmasının qarşısını almaq və ya onlarla mübarizə aparmaq üçün nəzarət sistemlərinin inkişafı və bu sistemlərin tədbiqinə nəzarətin həyata keçirilməsi.
Beynəlxalq ticarət sanksiyaları sahəsində məsləhətlərin verilməsi və tədbiq olunması.
KYC (“Müştərinizi tanıyın”) xidmətləri: qarşı tərəflərin korporativ sənədlərinin lazımi təftişi; imza hüquqlarının və kontragentlərin səlahiyyətli nümayəndələrinin səlahiyyətlərinin lazımi səviyyədə yoxlanılması; hüquqi və fiziki şəxslərin uyğunluq məsələləri üzrə yoxlanılması və araşdırılması.

SPARK CONSULTING MMC yerli məhkəmələrdə və beynəlxalq arbitrajlarda mübahisələrin həlli xidmətləri göstərir Prosessual sənədlərin, iddia ərizələrinin və s. hazırlanması. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan vəkillərin cəlb olunması üzrə xidmətlər göstərir.

BİZİM MÜŞTƏRİLƏR

Hekayəmizin əsas qəhrəmanları müştərilərimizdir. Bunlar həm kiçik saytlarla yeni başlayanlar, həm də yüksək yüklü layihələri olan nəhəng korporasiyalardır. Biz bütün müştərilərimizlə fəxr edirik və onların hər biri üçün etibarlı tərəfdaş olmaqdan qurur hissi duyuruq!

image
image
image
image
image
image
image
image
image
image
image
image